M.Markes yarışdan çəkilib

Honda komandasının sürücüsü Mark Markes Almaniya yarışından çəkilib.

F-1.az xatırladır ki, ispaniyalı sürücü bu həftəsonu sərbəst yürüşlərdə 1 dəfə, sıralanma turunda isə 3 dəfə yıxılmışdı. 7-ci yerdə başladığı sprint yarışında isə zəif təsir bağışlayaraq, 11-ci yeri tutmuşdu.

Lakin səkkizqat Dünya Çempionunun qəzaları bunlarla bitməyib. O, səhər qızdırma dövrələrində də qəza edib və qəzadan sonra sağ əlinin baş barmağını zədələyib.

O, tibbi müayinədən keçsə də, risk almaq istəməyib. Yarışa 50 dəqiqə qalmış açıqlama verən Repsol Honda bildirib ki, Mark Markes əsas yarışdan çəkilib.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*