M.Markes təəccüblüdür

Repsol Honda komandasının sürücüsü Mark Markes bildirib ki, poulu belə az fərqlə əldən verməyi gözləmirmiş.

F-1.az xatırladır ki, ispaniyalı sürücü mövsümün ilk yarışı Portuqaliyada zədələnmiş və ayyarım yarışa bilməmişdi. Lakin altıqat Dünya Çempionu qayıdıb, özü də nə qayıdıb…

O, Fransadakı sıralanma turunda yeni şassi olan kaleks ilə mübarizə aparıb və ikinci yeri tutub. O, poul qazanmış Banayaya 0.058 saniyə uduzub.

Mark Markes: “Əlbəttə, cümə günü də sürətli idim, amma motosikleti hiss etmirdim. Şənbə günü motosikleti hiss etməyə başladım və böyük addım atdıq. Fərqli motosiklet kimi görünsə də, sürüş vəziyyətimin və təkərlərlə bağlı hisslərimin dəyişməsi mənə kömək etdi.

Yarış tempində bir az əziyyət çəkəcəm. Hələ də o yarışda sürətli deyiləm və yoruluram. Ancaq bu həftəsonu önümüzə qoyduğumuz hədəfi 100 faiz yerinə yetirdik. Düzünü desəm, ilk cərgədə olmağı gözləmirdim. Amma nəyə qadir olduğumu bilmirsiniz.

Sabit tempə sahib olmaq üçün mübarizə aparıram, çünki motosikletimiz əylənmədə o qədər də yaxşı deyil”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*