M.Markes risk etməyib

Repsol Honda komandasının sürücüsü Mark Markes bildirib ki, motosikletinin balansı pis olduğu üçün sprint yarışında riskə getyib.

F-1.az xatırladır ki, ispaniyalı sürücü sıralanma turunda üç dəfə yıxılsa da, yekunda 7-ci olmuşdu. Onu çətin sprint yarışı gözləyirdi və elə də oldu. Belə ki, səkkizqat Dünya Çempionu yarış ərzində zəif təsir bağışlayıb və 11-ci olub.

Mark Markes: “Yarış ərzində əsas məqsədim damalı bayrağa çatmaq idi. Düzdür, Almaniyadayıq və müsbət enerjidəyəm. Yaş trasfa sürrətliyik. Buna görə tempim var idi, amma tras quruyanda yavaşladıq.

Sıralanma turunda limitdə sürdüm yıxıldım. Durub yenə limitdə sürdüm. Sprint yarışından əvvəl düşündüm və qərara aldım ki, motosikletin balansı ilə risk almağa dəyməz. Yarışa müsbət əhval ruhiyyədə başladım və ilk dövrədə hücum etdim. Ancaq ilk dövrədəcə iki tras limiti xəbərdarlığı aldım. Bundan sonra ayağımı qazdan çəkib, damalı bayrağa çatmaq barədə düşündüm.

Çox qəza edirik. Heç olmasa zirvəyə yaxın qala bilirəm. Ancaq bunun üçün çox risk almalı və qəza etməlisiniz. Sprintdən əvvəl risk almamalıyam dedim. Bunun səbəbi qazanmağa qarşı istəksizlik deyildi.

Evdə oturub Xeres yarışına baxırdım. Xoan Mir 15-ci yer uğrunda mübarizə apararkən 4 dəfə yıxıldı. Yəni ki, limitdə sürsək də, bacarmırıq. Buna görə real vəziyyəti görmək çox vacibdir.

Bu yarışı yaxşı dəyərləndirə bilmirəm, çünki yarışdan əvvəl dəyişiklik etmişdik. Cümə günü arxa tərəflə mübarizə aparmaqla məşğul idim. Yeniliklərə görğ arxa tərəfi tamamilə itirdik. Buna görə də motosiklet hər yerdə faciəvi davranırdı. Yarışda daha yaxşı olacaq. Tanıdığım motosikletə qayıdacam. Yarışı ən yaxşı formada bitirməyə çalışacağam”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*