F-1.az xatırldır ki, keçən ili qələbəsiz bağlayan Honda, bu il də güclü motosiklet düzəldə bilməyib. Həm Markes, həm Mir yeni motosiletdən narazı qalıblar.
Mark Markes: “Heyif ki, bəzi yeniliklər istədiyimiz kimi işləmədi. Test ərzində Malaziyadakı motosikleti sürdüm. Bir neçə sazlanmanı dəyişdik və komandam yaxşı plan hazırlayaraq, addımlar atdı. Özümü getdikcə yaxşı hiss edirəm. Tempimi yaxşılaşdırmağa çalışdım, çünki fərqli şeylər sınayanda işlər çətinləşir.
İlk yarışda podium ya da qələbə gözləmirik. Əlimizdən gələnin ən yaxşısını etməliyik”.