F-1.az xatırladır ki, ispaniyalı sürücü 2020-ci ildə Xeresdə qəza etmiş və qolunu qırmışdı. Mark ondan sonra 4 dəfə əməliyyat keçirsə də, hələ də köhnə formasına qayıda bilməyib.
Mark Markes: “İki ana fokuslanardım. Biri 2013-cü ildə idi və mən özü-özümə “səni gözləyən şeylərdən həzz al” deyərdim. Həzz almadığımı deyə bilmərəm, amma qələbənin həmişə önəmli olmadığını anlamaq lazımdır.
Digər an isə Xeresdə zədələndiyim vaxt idi. Ondan sonra öz-özümə “evdə iki ay gözlə. Belə olsa, iki ay itirərsən, iki il yox” deyərdim.