M.Markes: Otağımda Rossinin şəkilləri var

Repsol Honda komandasının sürücüsü Mark Markes bildirib ki, uşaqlıqda Valentino Rossinin fanatı olub.

F-1.az xatırladır ki, ispaniyalı sürücü MotoGP karyerasına 2013-cü ildə başlamış və debüt mövsümündə çempion olmuşdu. Daha sonra isə daha 5 titul qazanan Mark, adını idmanın tarixinə yazdırdı. O, bu titulları Xorxe Lorenso, Valentino Rossi və Andrea Dovitsiozo kimi əfsanələrlə yarışaraq, qazanmışdı.

Valentino Rossi 2015-ci il Malaziya yarışına görə Mark Markesi heç vaxt bağışlamır, amma ispaniyalı sürücü rəqibinə hörmət edir.

Mark Markes: “Mən səkkizqat Dünya Çempionuyam və bunlardan altısını MotoGP-də qazanmışam. Xarakterimi tərif etməkdə çətinlik çəkirəm, amma sakit adamam. Lakin trasa çıxanda hər şey dəyişir.

MotoGP-yə gələn kimi hamını təəccübləndirdim. Debüt mövsümümdə Valentino Rossi, Dani Pedrosa və Xorxe Lorenso kimi ideallarımı məğlub etdim.

Uşaq olanda otağımda Rossinin şəkillərini asmışdım. Oyun oynayanda mən Valentino Rossi olurdum”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*