F-1.az xatırladır ki, 2022-ci il mövsümü altıqat Dünya çempionu üçün uğursuz olub. O mövsüm ərzində zədəlrədən əziyyət çəkib və qələbə qazana bilməyib.
Mark Markes: “Mövsümü bitirdiyim üçün sevinirəm, çünki il ərzində zədələrlə mübarizə apardım. Motosiklet ilə də çətinliklər yaşayırdım. Problemsiz həftəsonu keçirmək mükünsüzdür. Son yarışda da problemlərimiz oldu. Problemləri anlamalı və çempionluq üçün müvarizə istəyiriksə, stabil performans göstərməliyik.
Yeni motosikletimizdə fəlsəfəni dəyişdiririk. Görək nə olacaq. Çox səbirsizlənirəm”.