F-1.az xatırladır ki, Honda komandası Sepanqdakı qış testlərinə 3 fərqli motosiklet gətirib. Markes isə testlərin ikinci günündə 36 dövrə vuraraq, 13-cü yerdə qərarlaşıb.
Mark Markes: “Quru havada sadəcə 25 dövrə vurduq və bu yeni motosikletləri sınamaq üçün bəs edir. Bu motosikletlərdən birini ələdik. Hansı motosikleti seçəcəyimizə Portimaodakı testlərin son günündə qərar verəcəyik. Müqayisə üçün çox vaxt lazımdır. Mən bunlar barədə fikrimi bildirəcəm və Honda son qərarı verəcək.
Hazırda beşliyə düşəcək gücümüz olmasa da, Honda-ya inanıram. Ümid edirəm ki, Portuqaliyada qabağa gedə bilərik. Hələ testlərin ikinci günündəyik”.