M.Markes: Motosikletdən şikayət etmək mənasızdır

Honda komandasının sürücüsü Mark Markes bildirib ki, Honda motosikletindən şikayət etməyin mənası yoxdur.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Portuqaliyadakı sprint yarışına pouldan başlasa da, sonlarda Cek Miller və Migel Oliveyranın səhvlərindən istifadə edərək, üçüncü olub.

Mark Markes: “Hazırda əlimizdə olan motosiklet budur və birlikdə işləyib, komanda olaraq yolumuza davam etməliyik. Şikayət edərək qalib gələ bilmərik.

Digər honda komandalarının yarışı neçənci yerdə bitirdiklərini bilmirəm, amma mən də o motosikleti sürürəm və inkişaf etməliyəm. Bu bəzən istədiyimiz kimi olmur, bəzən də hər şey sıralanma turundakı kimi səliqəli olur. Buna baxmayaraq bu mübarizədə həyatda qalmağa çalışıram və buna görə maksimum nəticə qazanıram”.

 

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*