F-1.az bildirir ki, son illərdə MotoGP-də də aerodinamikaya üstünlük verilir.
Mark Markes: “İllər keçdikcə motosikletin sürücüdən önəmli olduğunu hiss edirəm. Düzdür, hələ sürücülər daha çox ön plandadır. Ya da buna inanmaq istəyirəm. Ancaq güclü motosikletiniz yoxdursa, heç nə edə bilmirsiniz.
Bu nöqtədə Formula1 yönünə gedirik və gərək diqqətli olaq. Mən bunu toplantıda da dedim. Dedim ki, gərək burada sürücülərin gücü daha çox ön planda olsun”.