M.Markes: Kuartararo mənə vursa, anlayışla qarşılayacam

Honda komandasının sürücüsü Mark Markes mövsümün son yarışında titul mübarizəsi verən Kuartararonun aqressiv olmasını gözləyir.

F-1.az xatırladır ki, Fabio son yarışdan əvvəl lider Banyayadan 23 xal geridə qalır. Fransalı sürücü çempion olmaq istəyirsə, yarışı mütləq qazanmalı və Françeskonun 15-ci yeri tutmasına ümid etməlidr.

Mark Markes: “Fabio yarışda son həddə sürəcək. Başqa sürücülərə təmas da edə bilər. Əgər mənə təmas etsə, anlayışla qarşılayacam. Düzdür, bunu istəmərəm, ancaq o titul uğrunda mübarizə aparır.

O, ağıllı sürücüdür, amma düzgün iş görməlidir. Hücum rejimində olacaq. Əslində hamı hücum rejimində olacaq. Ducati sürücüləri Pekkoya kömək etmək üçün yarışacaqlar. Ancaq mən də yaxşı yarış keçirmək istəyirəm. Bu, mənim üçün adı yarışlardan biri olsa da, Fabio və Pekko baş rolda olacaqlar”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*