F-1.az xatırladır ki, ispaniyalı sürücü mövsümün ilk yarışı Portuqaliyada Migel Oliveyra ilə insident yaşamış və sağ əlindəki baş barmağını qırmışdı.
Buna görə əməliyyata girən Mark Argentina, Amerika və İspaniya yarışlarını buraxmalı olmuşdu. Onun Fransada yenidən sükan arxasına qayıtmağı gözlənilir.
Mark Markes: “Əgər yarışıramsa, deməli qəza riskini düşünürəm. Buraya gəlmək və burada yarışmaq üçün əlimdən gələn hər şeyi etdim. Lakin üç həkim sizə yarışmağınızı məsləhət görmürsə, yarışmamalısınız.
Risk qəza deyil. Pedal üzərindəki təzyiqdir. Barmaq yenidən yaralanacaqdı. Bu kiçik çat olsa da, barmağın balansına çox təsir edir. Bu barmaq əylənmə zonasında çox vacibdir. Bu barmaq hər əylənmədə yenidən zədələnəcək.
Bu barmağı düzəltdilər, amma yenidən zədələnsəm, bütün karyeram üçün problem yaranacaq. Buna görə də 3 yarışı buraxmaq asan qərar oldu. Həkimlərə qarşı gəlmək olmaz. Onlar bu işin bilənləridir”.