F-1.az xatırladır ki, Honda keçən ildən bəri almaniyalı şassi istehsalçısı Kaleks ilə işləyir. Honda üçün hazırlanan ilk şassini Ştefan Bradl İspaniya Qran Prisindən sonra test etmişdi. Lakin Markes zədəsinə görə o testləri buraxmalı olmuşdu.
Lakin bu həftəsonu Fransada yenidən sükan arxasına qayıtmağa hazırlaşan Mark Markes yeni şassini test edəcək.
Mark Markes: “Bu yarışı vacib edən amilllərdən biri də yenilikləri test etməkdir. Həftəsonu yaxşı nəticə qazanmaq üçün yenilik test etmək yaxşı fikir deyil. Ancaq daha sonra üçhəftəlik fasilə olacaq. Honda-nın bu məlumatlara ehtiyacı var. Yalnız mənim yox”.
Qeyd edək ki, Ştefan Bradl testlərdə qəza etdiyi üçün yeni şassini tam istifadə edə bilməyib, amma razı qalıb.