F-1.az xatırladır ki, ispaniyalı sürücü mövsümün ilk yarışı Portuqaliyada qəza etmiş və baş barmağını qırmışdı. Fransada yenidən sükan arxasına qayıdan səkkizqat Dünya Çempionu cümə günü iki dəfə qəza etsə də, yaxşı gün keçirdi və yekunda 8-ci oldu. O, həm də kaleks şassisini sınaqdan keçirib.
Mark Markes: “Günüm çox yaxşı keçdi. Xoşbəxtəm. İki dəfə qəza etdim. Məncə, ikinci qəzam normal qəza idi. Yeni təkərlərlə limitdə sürürsünüz və hədəfiniz ikinci sessiyaya qalmaqdır.
İlk qəzam mənasız idi və bu qəzanın qarşısını ala bilərdim. Ayyarımdır evdəyəm və belə fasilədən sonra trasa qayıdıb sürətli olmaq, təkərləri və motosikleti hiss etmək çətindir. Bu yarışda təkər seçimləri yaxşı deyil. Mən birinci qəzadan əvvəl Medium təkərlərlə trasa çıxdım və ön təkərə görə qəza etdim. Əsas səbəb ön təkər idi.
Cümə günü iki dərqli şassi sınadıq. Gərgin gün idi, çünki trasa hər çıxanda fərqli şassidən və motosikletdən istifadə etdik. Hər motosikletdə fərqli stil sınamalı idim. Ancaq bunları sınamağın vaxtı gəlmişdi və hissiyyat yaxşı idi.
Yeni şassiyə görə trasın bəzi hissələrində irəliyə doğru addım atdıq, amma daha çox addıma ehtiyacımız var. Hələ də çox vaxt itiririk. Sürətlənmədə və düzlüklərdə çox vaxt itirdiyimiz üçün hələ də limitlərdə sürməliyəm.
Əylənmədə əziyyət çəkdiyim üçün ön tərəflə aqressiv davranırdım. Buna görə də Honda-lar çox qəza edirlər. Amma bu problem deyil. İnkişaf üçün lazımdır.
İndi bəzi şeyləri təhlil etməliyik. Fəlsəfəni anlamaq üçün Kaleks şassisini bəlkə də işlətməyə davam edəcəyik, çünki bu şassinin həm pozitiv, həm də neqativ tərəfləri var. Lakin zirvədən hələ də çox geridəyik. Buna görə də inkişaf etməliyik”.