M.Markes İspaniyada da olmayacaq

Repsol Honda komandasının sürücüsü Mark Markes növbəti İspaniya yarışını da buraxacaq.

F-1.az xatırladır ki, səkkizqat Dünya Çempionu mövsümün ilk yarışı olan Portuqaliyada qəza edərək, qolunu zədələmişdi. Buna görə də amerika və Argentina yarışlarını buraxmalı olmuşdu. Lakin 30 yaşlı sürücü növbədəki İspaniya yarışında da olmayacaq. Onu İker Lekuona əvəz edəcək.

Mark Markes: “Dünən qolumu yenidən yoxladılar və zədəm sağalsa da, tam düzəlməyib. Buna görə də Xeresdə yarışmaq risklidir. Risk almamağa və iki həftə gözləyib, Le Manda qayıtmağa qərar verdik. İspaniya yarışını qaçırdığım üçün məyusam, çünki öz publikanız önündə yarışmaq çox xüsusidir. Qısa müddət ərzində qayıtmaq üçün bərpa prosesinə davam edəcəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*