M.Markes: Honda-dan ayrılmayacam

Honda komandasının sürücüsü Mark Markes bildirib ki, Honda ilə 2024-cü ilə qədər müqaviləsi var və onu ləğv etmək fikri yoxdur.

F-1.az xatırladır ki, Honda son illərdə yarış qazana bilən motosiklet düzəkdə bilmir və buna görə də əksəriyyət düşünür ki, ispaniyalı sürücü müqaviləsini ləğv edərək, oradan ayrılacaq.

Mark Markes: “Honda ilə yaxşı münasibətim var və bir-birimizə hörmət edirik. Bazada mənə hörmət edirlər və mən də 2013-cü ildə komandaya qatılandan onlara hörmət edirəm. İki tərəf də bir-birinə çox şey qatıb və bütün qərarlar ortaq alınır. Məncə, əksini etmək səhv olar və belə hərəkət etmək mənlik deyil. Problem yaşanmamalıdır.

Xəyalım yenidən Honda ilə yarış qazanmaqdır. Hazırda təkcə bunu düşünürəm. Ayrılmaq planlarım arasında yoxdur. Bu Honda-nın vəziyyətinə görə çıxan şayiədir. Komanda dəyişməyi düşünmürəm.

Müqaviləmin bitməsinə iki il var. Belə halda komandadan ayrılmaq səhv olar”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*