F-1.az xatırladır ki, MotoGP-də artıq əksər sistemlər avtomatik olub. Bu da o deməkdir ki, sürücülər artıq daha az əziyyət çəkirlər.
Mark Markes: “Hazırda hər şey daha bərabərdir, çünki səbəb motosikletlərdir. Keçmişdə baza motosikıeti ilə peyk komandasının motosikleti arasında fərqlər olurdu. İndi fərq qalmayıb.
Mən MotoGP-yə gələndə dördüncü ötürməyə keçirərkən motosiklet üzərində çoxlu iş görməli idiniz. İndi isə aerodinamikaya görə hər şey daha rahatdır. Elə bil Moto3 motosikleti sürürsünüz.
İndiki motosikletlərdə manuallıq azalıb. Əvvəllər daha çox şeyi nəzarətdə saxlayırdınız. Buna görə də güclər bərabərləşib. Hər şey asanlaşıb”.