M.Markes: Hələ də çox geridəyik

Honda komandasının sürücüsü Mark Markes Sepanqdakı testlərin ilk günündən sonra bildirib ki, hələ də zirvədən uzaqdadırlar.

F-1.az xatırladır ki, Honda keçən ili qələbəsiz bağlamışdı. Buna görə də Markes testlərin ilk günündə Honda RC213V-nin üç fərqli versiyasını test edib. İspaniyalı sürücü gün ərzində 58 dövrə vuraraq, günü liderdən 1 saniyə geridə – 12-ci yerdə bağlayıb.

Mark Markes: “Hazırda onu deyə bilərəm ki, bu konsept Valensiya ilə demək olar eynidir, çünki demək olar ki, eyni motosikleti sürürük.

Növbəti günlərdə də çox işləyib, Portimaoya yeniliklər gətirəcəyik. Boksda işləyərək, daha çox məlumat toplamalı və nəticələrimizi yaxşılaşdırmalıyıq, çünki zirvədən hələ də çox uzaqdayıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*