F-1.az xatırladır ki, ispaniyalı sürücü Portimao-da 1.37.226 zaman nəticəsi göstərib və həm poul qazanıb, həm də trasın dövrəvi rekordunu yeniləyib. 30 yaşlı pilotun bu il qış testlərində yaşadığı problemləri nəzər alsaq, bu nəticə gözlənilməz idi.
Mark Markes: “Bilmirəm, izahat verəmmirəm, çünki heç nə anlamıram. Cümə günü çox problem yaşadıq və şənbə günü vəziyyət yaxşılaşdı. Özümü təkmilləşdirdim və uşaqlar da yaxşı işlədilər. Üçüncü sərbəst yürüşlərdə də özümü yaxşı hiss edirdim və stabil sürürdüm”.