F-1.az bildirir ki, filmin adı Marc Marquez All İn olacaq. Filmdə Markın 2020-ci il Xeresdə keçirdiyi qorxulu qəza və onun təsirlərindən danışılacaq. Bundan başqa o zədədən qayıdışənə və Avstraliyada 100-cü podiumunu əldə etməsi də bu filmdə yer alacaq. sənədli filmin fevralda nümayiş etdirilməsi gözlənilir.
Mark Markes: “Tək hədəfim geeri qayıtmaq idi və bu da çox çətin oldu. Çox işləməyə dəyərdi? Məncə, hə. Bu hekayədə hər şey var”.
Film beş seriyadan ibarət olacaq və Fast Brothers, Red Bull Media House, TBS və Dorna tərəfində çəkiləcək.
Xatırladaq ki, Markes 2020-ci ildə İspaniya yarışında qolunu qırmış və üç dəfə əməliyyat olunmuşdu. Buna görə də 2020-ci ildə və 2021-ci ilin ilk yarışlarında iştirak etməmişdi. Lakin 2021-ci ildə qayıdan ispaniyalı əfsanə 3 yarış qazana bilmişdi.