F-1.az xatırladır ki, ispaniyalı sürücü 2020-ci ilin Xeres yarışında qəza etmiş, qolunu qırmış və ondan sonra bir də əvvəlki formasına qayıda bilməmişdi. O, bu il 3 yarışa çıxıb və heç birində finiş görə bilməyib. Almaniyada isə yarışdan əvvəl qızdırma dövrələrində qəza edib və yarışdan çəkilib.
O, bir çempionluq daha alsa, əzəli rəqibi Valentino Rossiyə, iki çempionluq alsa, rekordmen Cakomo Aqostiniyə çatacaq. Ancaq altıqat Dünya Çempion qısa müddətdə bu uğuru gözləmir. Onsuz da motosikleti də buna imkan vermir.
Mark Markes: “Əlbəttə, daha çox çempionluq qazanmaq yaxşı olardı. Hazırda altı çempionluğum var. Yeddi və ya səkkiz olsa, pis olmaz. Ancaq hazırda əsas hədəfim zədəmlə mübarizədən qalib ayrılmaqdır. Əksər böyük idmançılar bunu bacarmırlar. Mən isə hələ də əlimdən gələni edirəm. Hər gün özümü daha yaxşı hiss edirəm. Əgər əvvəlki səviyyəmə qayıtsam, bu mənim üçün titul qazanmaqdan daha dəyərli olacaq”.