F-1.az xatırladır ki, ispaniyalı sürücünün bu il işləri yaxşı getmir. Assendəki cümə günü də altıqat Dünya Çempionu üçün yaxşı olmayıb. O, keçən həftə Almaniyada 5 dəfə yıxılıb və qabırğasını, əl barmağını qırıb, biləyini burxub. Onun zədələri davam edir.
İki qırıqla yarışan Markes Assendəki ilk gündə də qəza edib. Bu, əfsanəvi sürücünün builki 13-cü qəzasıdır.
Markes qəzaya qədər ehtiyatla və diqqətlə sürürdü. Bundan başqa yön dəyişimlərində qabırğası ağrıdığı üçün birinci sektordan başqa heç bir yerdə özünü rahat hiss etyib. Bunu onun nəticələrində də görə bilirik. Səkkizqat Dünya Çempionu hazırda Miri əvəz edən İker Lekuonadan sadəcə 0.25 saniyə üstün idi.
Mark Markes: “Cümə günü limitlərdə sürmədim və diqqətli idim, çünki çox ağrıyırdım. Xüsusən də qırıq qabıqğam çox ağrı verirdi. Ancaq ilk sektorda rahat sürürdüm. Bundan başqa yön dəyişəndə qabırğam ağrıyır.
Bu gün axırıncı yerdə olmamaq üçün əlimdən gələni edəcəm. Bəlkə də, sondan əvvəlki cərgədə olaram. Bu həftəsonunu tamamlamalıyıq”.