M.Markes: Cəzaya layiqəm

Honda komandasının sürücüsü Mark Markes cəzasını qəbul edir.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Portuqaliya yarışında ikinci yer uğrunda mübarizə apararkən, Migel Oliveyraya arxadan çırpılmış və hər iki sürücü mübarizəni dayandırmışdı. İnsidenti araşdıran stüardlar Markesə növbəti yarış üçün iki uzun dövrə cəzası veriblər.

Mark Markes: “Düzünü desəm, cəzaya görə narahat deyiləm. Əsas odur ki, Migel yaxşıdır və mən böyük səhv etdim. Sərt əyləndiyim üçün təkərlər kilitləndi və buna görə də əyləci buraxdım. Soldan getmək istəsəm də, motosikleti yığışdıra bilmədim və daxili trayektoriyaya keçməli oldum. Martindən qaçsam da, Migelə təmas etdim. Onun üçün narahat oldum, çünki böyük insident idi.

Ondan, komandasından və portuqaliyalı fanatlardan üzr istəyirəm. İndi iki uzun dövrəlik cəza aldım və bununla razıyam”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*