F-1.az xatırladır ki, ispaniyalı sürücü Almaniya Qran Prisində 5 dəfə yıxılmış və buna görə də əsas yarışı buraxmalı olmuşdu. O, Assen Qran Prisinə qatılsa da, çox zəif performans göstərmiş, sıralanma turunda 19-cu, sprint yarışında isə 17-ci olmuşdu. Altıqat Dünya Çempionu Niderlanddakı əsas yarışa ağrılarına görə qatılmamışdı.
Mark Markes: “2020-ci ildəki zədəmi saymasaq, karyeramın ən çətin dövrünü yaşayıram. Ancaq məğlubiyyəti qəbul etmək ən asan seçimdir. Əsla bu yolu seçməyəcəyəm. Hazırda yarışlara özüm və mühəndislərim üçün çıxıram. Yarım saniyə geridə qalırıq və problemlər hələ də eynidir. Assendə şənbə günü ideal formamda olmadığımı anladım”.
Qeyd edək ki, altıqat Dünya Çempionu bu il 8 yarışdan 3-də iştirak edib və bunların heç birində finişə çata bilməyib. Onun Honda-dan ayrılması gündəmdədir.