F-1.az xatırladır ki, keçən mövsümü qələbəsiz bağlayan Honda qış testlərində zəif təsir bağışlayıb.
Mark Markes: “Komanda olaraq həm udarıq, həm uduzarıq. Son mövsümlər bizim üçün çətin keçir və yaxşı vəziyyətdə deyilik. Buna görə də Portimaoda çempionluq yarışında favorit sayılmırıq. Gələcəkdə güclü olmaq üçün çox işləməliyik.
Mənim istəyim 2013-cü illə eynidir. Yüksək nəticələr qazanmaq üçün buradayam və bacaracağıma inanıram. Komandama güvənirəm. Çempionat uzundur və keçən il Pekkoda gördüyümüz kimi hər şey dəyişə bilər. O, keçən mövsümə yaxşı başlamasa da, gücləndi və ardıvıl qələbələrlə titulu qazandı”.