F-1.az xatırladır ki, ispaniyalı sürücü çox sevdiyi Almaniyada çətin həftəsonu keçirmiş və sərbəst yürüşlərdə 1 dəfə, sıralanma turunda isə 3 dəfə yıxılmışdı. Sprint yarışında isə risk almayan Honda komandasının sürücüsü yekunda 11-ci yeri tutmuşdu.
Markes bazar günü yarışdan əvvəl qızdırma dövrəsində növbəti dəfə qəza edərək barmağını qırmış və buna görə də yarışdan çəkilməli olmuşdu. Onun Assendə yarışıb-yarışmayacağı müəmmalı iid. Ancaq rəsmi iştirakçı ərizəsinə altıqat Dünya Çempionunun adı əlavə olunub. Bu isə o deməkdir ki, bir problem yaşanmasa, Markı sükan arxasında görəcəyik.
Mark Markes: “Assenə Almaniyadakı çətin həftəsonunu geridə qoymaq üçün gəlmişəm. Yay tətilindən əvvəl daha bir yarışımız var və əsas məqsədimiz mühəndislərlə birlikdə üzərində işləyə biləcəyimiz məlumatlar toplamaqdır. Həftəsonu ərzində buna fokuslanacağıq. Buna görə sakit qalmalı və plana uyğun hərəkət etməliyik”.