M.Markes ABŞ-da da yarışmayacaq

Repsol Honda komandasının sürücüsü Mark Markes qolundakı problemə görə Amerikada da yarışmayacaq.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Portuqaliya yarışında RNF Aprilia komandasından Migel Oliveyra ilə insident yaşamış və sağ əlini zədələmişdi. Buna görə də o, Argentina Qran Prisini buraxmalı olmuşdu.

Lakin 8 qat Dünya Çempionu bu həftəsonu keçiriləcək ABŞ Qran Prisində də olmayacaq. Onu Stefan Bradl əvəzləyəcək.

Honda komandası bu barədə belə açıqlama verib: “Rentgendə baxdıqdan sonra həkimlər Markesin qolunun sağalmaqda olduğunu təsdiqləyiblər. Komanda olaraq qərara aldıq ki, Markesin zədələri tam sağalmalı və lazımsız risklərə girməməliyik. Markes tezliklə yarışlara qayıtmaq üçün evində bərpa prosesi keçəcək”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*