F-1.az xatırladır ki, Aston Martin komandasından gözləntilər böyük olsa da, onlar mövsüm ərzində 6-cı ya da 7-ci sürətli komanda təəssüratı yaradıblar.
Mayk Krek: “Uğursuz mövsüm idi. Bolid istədiyimiz kimi deyildi. Daha sonra büdcə limitini və sıx təqvimi nəzərə alanda, nəsə etmək çox çətin idi. Bu il zərəri azaltmağa çalışdıq. Çempionatda altı ya da yeddinci yer tutmaq istədiyimiz nəticə deyil.
Gələn il üçün çox işləməliyik. Hər şeyi mart ayında görəcəyik”.