M.Krek: Tək yarışa görə nəticə çıxarmaq olmaz

Aston Martin komandasının rəhbəri Mayk Krek düşünür ki, traslar dəyişdikcə performansları da dəyişə bilər.

F-1.az xatırladır ki, Aston Martin komandası ilk 3 yarışda rəqabətədavamlı görünüb. Halbuki Bəhreyn, Ciddə və Albert Park fərqli traslardır.

Mayk Krek: “Bu çox doğrudur. Üç fərqli trasa getdik. Üçündə də güclü idik. Buna görə özümüzə olan inamımız artır. Traslar fərqlidirlər. Məsələn, Bakıda uzun düzlüklər var, amma Minakoda düzlük yoxdur. Belə hallarda sıralanma dəyişə bilir.

Buna görə də bir yarışdan nəticə çıxarmamalıyıq. Melburnda yarışın gedişatı və strategiyaya görə vəziyyətə nəzarət etməli idik. Oradakı nəticələr meyar deyil”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*