M.Krek: İnkişafımızın bəhrəsini gördük

Aston Martin komandasının rəhbəri Mayk Krek Sinqapurdan sonra sürücüləri və mexanikləri təqdir edib.

F-1.az xatırladır ki, Aston Martin komandası Sinqapurdan 12 xal toplayaraq, builki ən yaxşı nəticəsini əldə edib.

Mayk Krek: “Ləns sürətli və səbirli davranıb altıncı oldu və bizə 8 xal gətirdi. Sebastyan isə səkkizinci olaraq bizə dörd xal qazandırdı.

Sürüşkən trasda hər iki sürücümüz də çətin vəzifəni yerinə yetirdilər. Bunun hesabına Mühəndislər Kubokunda bir neçə pillə qabağa getdik. Bu da inkişafımızın bəhrəsidir.

Formula1 həmişə komanda işi olub. Xüsusən də son günlərdə çox işləyən və yarışda mükəmməl pit-stoplar edən mexaniklərimizi təqdir edirəm.

Növbədə daha fərqli olan Suzuka trası var. Burada tempimizi davam etdirmək istəyirik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*