F-1.az xatırladır ki, “yaşıllar” mövsümü 55 xalla 7-ci yerdə bitiriblər.
Mayk Krek: “İlk yarışdan bəri proqramın gerisində qaldıq. Yenə də öndəkilərə çata bildik. Üçüncü mövsümdə performans cəhətdən çox güclənməliyik. Builki hədəflərimizə çatmışıq. İnkişafımız çox təsiredici idi. Dan Fellouz da komandaya qatıldı və yeni iş yerinə öyrəşdi. Tempimiz yüksəlib. Bütün komanda bunu hiss edir. İnancımız var. Buna görə də hər şey qaydasındadır”.