F-1.az xatırladır ki, Bred Pitt ABŞ yarış həftəsonunda paddokda komandaların bokslarını gəzirdi. O, Formula1 ilə əlaqəli film çəkmək üçün orada idi və Aston Martin boksunda çox vaxt keçirdi.
Mayk Krek: “Film çəkənləri gözlədiyimzidən daha çox qonaq etdik. Bu bizim həftəsonu proqramımıza ziyan verdi və buna görə çox stressli anlar yaşadıq.
Amma film çəkənlər çox peşəkardırlar. Bu layihə Formula1 üçün çox yaxşıdır. Layihəni əlimizdən gəldiyi qədər dəstəkləyəcəyik. Məqsədləri Formula1 haqqında yaxşı film çəkməkdir. Əminəm ki, bunu bacaracaqlar”.