M.Krek: Fettellə hər şey yaxşıdır

Aston Martin komandasının rəhbəri Mayk Krek təcrübəli Fettellə uzun illər işləmək istəyir.

F-1..az xatırladır ki, almaniyalı pilot Aston Martin-ə keçən il qatılıb. Onun müqaviləsi ilin sonunda başa çatacaq. Dördqat Dünya Çempionunun qərarı 2023-cü ilin sürücü bazarına təsir edə bilər.

Mayk Krek: “Komandada qalmaq istəsə, onu uzun illər saxlamaq istəyərik. Danışırıq. Münasibətimiz yaxşıdır və ona vaxt məhduddiyyəti qoymamışıq. Ancaq uzun müddət qeyri-müəyyənlik olsa, problemlər yarana bilər. O da bunu bilir. Lakin inamlı danışıqlar gedir. Buna görə hər şey yaxşıdır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*