M.Krek Fetteli müdafiə edib

Aston Martin komandasının rəhbəri Mayk Krek bildirib ki, problem sürücülərdə yox, komandadadır.

F-1.az xatırladır ki, Sebastyan Fettel Avstraliyada cümə sərbəst yürüşlərində motor problemi yaşayıb və ikinci sessiyada iştirak edə bilməyib. Şənbə günü üçüncü sərbəst yürüşlərdə qəza edərək, ciddi vaxt itkisinə səbəb olub. Bazar günü isə yarışın 25-ci dövrəsində qəza edərək, bariyerlərə çırpılıb və mübarizəni dayandırıb.

Mayk Krek: “Qəzadan sonra Fettelin vəziyyətinin yaxşı olmasına sevindim. Lakin onun kimi dördqat Dünya Çempionu belə problemlər yaşayırsa, bunun səbəbi maşındır. Bu qədər problem yaşaması normal deyil.

İki yarışda iştirak etmədiyi üçün belə çıxış etdiyinə inanmıram. O, Melburnda 3 yarış qazanıb və trası yaxşı tanıyır. Belə güclü sürücünüz varsa, ona yaxşı şərait yaratmalısınız”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*