F-1.az xatırladır ki, dördqat Dünya Çempionu ilin sonunda idmandan gedəcək. Fettel mövsüm sonuna qədər podium görməsə, karyerasında ilk dəfə şampan partlatmadan bir mövsüm keçirəcək.
Mayk Krek: “Hələ vida dövrəsində deyilik. Bunu son mövsüm və yarış kimi düşünmürük. Əbu Dabidə bir vida mərasimi olacaq, amma biz Fettelin son yarışı kimi düşünmürük”.