M.Krek: Dördüncülük real hədəfdir

Aston Martin komandasının rəhbəri Mayk Krek bildirib ki, növbəti mövsümdəki hədəfləri dördüncülükdür.

F-1.az xatırladır ki, Aston Martin bu il mövsümü 7-ci yerdə bağlayıb. Lakin komanda gələn il daha real hədəflrə fokuslanıb.

Mayk Krek: “Keçən mövsüm yeddinci olduq. Gələn il daha güclü olmalı və bir addım atmalıyıq. Gələn il öndə olacağıq desək, gülməli olar. Bu iddialı və real olmayan iddiadır. Yenə də bunun üçün inkişaf edəcəyik. Fernando Alonsonun da komandaya gəlməsi ilə hədəflərimizə çata bilərik. Gələn mövsüm dördüncü yer uğrunda mübarizə aaparsaq, bu böyük addım olacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*