F-1.az xatırladır ki, Mayk Krek 2022-ci ildə uzun fasilədən sonra Formula1-ə Aston Martin-in komanda rəhbəri kimi qayıdıb və qənaətbəxş iş görüb.
Mayk Krek: “Bəzən böyük dəyişikliklər etmək çətin olur. Təmkinli olmaq lazımdır. Uzun illər idi ki, Formula1-dən kənarda idim, amma bəzi şeylər dəyişməyib. İlk olaraq hər şeyi düzgün təhlil etməli və bir dəfəyə hər şeyi dəyişdirməməlisiniz. Problemləri bir-bir həll etmək lazımdır.
Melburnda çox danışmışdıq. Əvvəlcə sürücülərə geribildirim verməyə qərar verdik. Belə olan halda problemləri daha tez tapa bilərdik.
İşçiləri dəyişməkdənsə, əlinizdəki işçilərə güvənməlisiniz, çünki yeni işçilərin komandaya öyrəşməsi vaxt alır. Bəlkə də bir neçə ay itirirsiniz. Biz doğru insanlarla işləyirik”.