M.Krek: Aston Martin-in hədəfləri var

Aston Martin komandasının rəhbəri Mayk Krek bildirib ki, marka Formula1-ə böyük pullar ayırıb.

F-1.az xatırladır ki, “yaşıllar” 2021-ci ildə idmana gəliblər, amma ilk iki mövsümlərində gözləntiləri qarşılaya bilməyiblər.

Mayk Krek: “İnkişaf edirik və ciddi hədəflərimiz var. Bunlar boş sözlər deyil, çünki yeni baza və aerodinamik boru tikirik. Yeni mühəndislər transfer etdik. İndi isə işləri doğru yönləndirməliyik. Komandada yaxşı potensial var.

Biz işimizi ciddiyətlə görürük və hədəflərimizdə qərarlıyıq. Heç bir komanda bu hədəflər üçün bizim qədər pul xərcləmir. Düzdür, üç il ərzində qələbə qazanmağa başlayacaqlarına söz verən komandalar var. Bəs bunun üçün nə edirlər?

Amma biz hər şeyi yenidən qururuq. Yeni baza, aerodinamik boru, simulyatorlar. Bizim ciddi hədədlərimiz var və Fernando bunu başa düşdü”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*