F-1.az xatırladır ki, “yaşıllar” mövsümə yaxşı başlayıblar və Bəhreyndə Alonso ilə podiuma yüksəliblər. Ümumilikdə isə Aston Martin Saxir trasında Red Bull-dan sonra ən sürətli ikinci komanda kimi görünüb.
Mayk Krek: “Əvvəlcə harada inkişaf edə bilərik, onu təhlil etməliyik. Çox gərgin yarış oldu.
Oturub zəif yönlərimizi müəyyən etməli və sonra onların üzərində işləməliyik. İrəliyə doğru addım atsaq da, Red Bull-u məğlub edəcəyik deməmişik. Eyforiyaya qapılmamalıyıq.
Çox işləməliyik, çünki Ciddədə komanda sıralanmasında 4-6-cı yerlərdə ola bilərik”.