F-1.az xatırladır ki, ispaniyalı sürücü bu ildən Aston Martin komandasına transfer olunub.
Mayk Krek: “Fernando ilə müqavilə bağlayanda böyük sözlər vermədik. Yüksək səviyyəyə çatmaq üçün mərhələli formada hərəkət etməliyik. Fernandoya tezliklə qələbə qazanacağımızla bağlı sözlər vermədik. Ona sürətli maşın verməli və yaxşı şərait yaratmalıyıq.
İnsanlar bizi sadəcə qazanmaqdan danışan komanda kimi tanımamalıdır, çünki bunu etmirik. Əsas hədəfimiz Alonsonun potensialını göstərəcəyi maşın düzəltməkdir. Əgər bunu etsək, o da əsl gücünü göstərəcək. Bunu etməyə çalışacağıq.
Formula1-də güclü maşın çox vacibdir, amma eyni zamanda o maşının gücünü göstərəcək maşın da lazımdır. Biz ikisinə də sahib olmaq istəyirik. Görüləcək çox işimiz var. Alonsoya layiq olduğu maşını vermək üçün komanda da həvəslidir”.