F-1.az xatırladır ki, Aston Marton Avstraliyadakı sıralanma turunda və yarışda Mercedes-lərin gerisində qalıb.
Mayk Krak: “Mercedes-dən geri qalmağımız onu göstərir ki, təmkinli olmalıyıq. Bir yarışdan sonra harada olduğunuzu deyə bilməzsiniz. Bunun üçün daha çox yarışa ehtiyacımız var.
Bəhreyndə güclü idik. Ciddədə də pis deyildi, amma Albert Parkda mübarizə apardıq. Fərqlər çox yaxındır”.