M.Krak: Red Bull-u məğlub etməyə çalışacağıq

Aston Martin komandasının rəhbəri ümid edir ki, Monako trası öz sürücülərinə sıralanma mərhələsində yaxşı çıxış etmək şansı verəcək.

F-1.az xəbər verir ki, təcrübəli mütəxəssis son məşqlərdə Fernando Alonsonun 14-cü olmasından narahat deyil. İspan sürücü sürətli dövrəsində olarkən Lyuis Həmilton qəza edib və nəticədə ən yaxşı nəticəsini göstərməyə imkan tapmayıb. Mayk Red Bull-un çox üstün olduğunu, lakin onları məğlub etməyə çalışacaqlarını deyir.

Mayk Krak: “Düşünmürəm ki, son məşqlərdə hər hansı məlumat əldə edə bilməmişik. Fernando sonlarda baş verən qəzadan təsirləndi. Amma belə hallar Monakoda baş verir, burada doğru zamanda yolda olmaq vacibdir. Görək sıralanma turunda hadisələr necə inkişaf edəcək. Hesab edirəm ki, sürətlərin artması əsasən trasın vəziyyətinin yaxşılaşması ilə bağlıdır, lakin Fernando ilk dövrələr seriyasında birinci döngəni düzgün keçə bilmədiyi üçün yaxşı nəticə göstərə bilmədi. İkinci cəhd artıq daha yaxşı idi, lakin sonra trasda sarı bayraqlar göründü.

Ancaq gördüyümüz kimi, nəticələr çox sıxdır və hər şey təsnifat mərhələsinin necə keçəcəyindən asılı olacaq. Əgər yol problemləri bizə mane olmasa, o zaman düşünürəm ki, yaxşı nəticələr uğrunda yarışa biləcəyik. Red Bull-u məğlub etmək asan deyil, amma çalışacağıq. Yarışda qalib gəlmək başqa hekayədir və hələ çox uzaqdadır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*