F-1.az xatırladır ki, Aston Martin komandası mövsümün ilk 5 yarışının 4-də Fernando Alonso ilə podiuma yüksəlib. Lakin AMR23 düzlüklərdə zəif olsa da, asfaltayapışma qüvvəsi tələb edən traslarda daha yaxşıdırlar. Buna görə də Monako onlar üçün yaxşı fürsət ola bilər.
Mayk Krak: “Qələbə mübarizə verə bilərik. Hər iki sürücümüzlə birlikdə Monakoda böyük ümidlərimiz var. Maşınımız güclüdür. Simulyatordakı məlumatlar hamımızı cəsarətləndirdi. Ancaq rəqabəti də unutmamalıyıq. Burada çox süzlük yoxdur, ancaq hələ Mercedes, Ferrari və Ferrari-nin potensialından xəbərimiz yoxdur. Buna görə də rahat qələbə gözləmək doğru deyil. Həmişə maksimum performansımızı göstərməliyik.
Hər şeydən əvvəl bilməliyik ki, bu idmanda rəqabət böyükdür və rəqiblərə hörmət etmək lazımdır. On iki ay əvvəl Monakoda qələbə barədə danışmazdıq. Buna görə də haradan gəldiyimizi unutmamalı və başımızı aşağı əyib çox işləməliyik. Sonda harada olduğumuzu bilməliyik.
Proqnoz vermək asandır, ancaq proqnozlar boşa çıxa bilər. Sağlam adıdmlar atmalı və çox işləməliyik. Bu həftəsonu yaxşı nəticə üçün var qüvvəmizlə işləməliyik. Əgər hazırkı podiumlrdan daha yaxşı nəticə qazanmaq imkanımız varsa, bunu istəyərik. Ancaq asan olmayacaq”.