M.Krak: Problemin olduğunu düşündük

Monrealdakı yarışın ikinci yarısında Aston Martin mühəndisləri Fernando Alonsoya tam gücü ilə hücum etməməyi və yanacağa qənaət etməyi xahiş ediblər.

F-1.az xəbər verir ki, yarış başa çatdıqdan dərhal sonra ispaniyalı sürücü komandanın təfərrüatları təqdim etmədiyi üçün problemin nə olduğunu bilmədiyini söyləyib.

Yarışdan sonra mətbuata açıqlama verən Aston Martin-in rəhbəri Mayk Krak bildirib ki, yanacaq sistemində problem olduğundan şübhələndikləri üçün Fernandodan yanacağa qənaət etməsini istəyib, lakin finişə çatdıqdan sonra qorxuların əsassız olduğu üzə çıxıb.

Mayk Krak: “Yanacaq sistemində problemimiz olduğunu düşündük, amma əmin deyildik. Ehtiyat olaraq Fernandodan yanacağa və maksimal sürətə qənaət etməsini istədik. Buna görə nə qədər vaxt itirildi? Demək çətindir”.

Finişdən sonra Alonsonun maşınının çənində nə qədər yanacaq qaldığını soruşduqda Krak belə cavab verib: “Kifayət qədər. Bizim etdiyimiz ehtiyat tədbiri idi. Yarışı bitirə bilməmək və yavaşlama ehtimalı arasında seçim edərək təhlükəsiz variantı seçdik. Düşündük ki, yanacaq sistemində problemlər var, lakin belə bir şey olmayıbmış. Baxmayaraq ki, telemetriya məlumatları problemin ola biləcəyini göstərirdi”.

Xatırladaq ki, yarışın sonlarına yaxın Lyuis Həmilton Alonsoya xeyli yaxınlaşıb. Lakin ikiqat dünya çempionu yarışı ikinci yerdə bitirməyi bacarıb.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*