M.Krak: İki dövrədən sonra podium barədə düşünmürdüm

Aston Martin-in yeni rəhbəri nəticədən razıdır, lakin komandanı ən güclülərdən hesab etmək üçün tələsməməyi təklif edir.

F-1.az xatırladır ki, Fernando Alonso dünənki yarışın startında geri düşsə də, sonradan inamlı mübarizə ilə podiuma yüksəlməyi bacarıb.

Mayk Krak: “Bəhreyndə həftəsonu başlamazdan əvvəl biz öz imkanlarımızı 100% bilmirdik, çünki testlərdə kimin nə etdiyi məlum deyil. Yaxşı göründüyümüzü və yüksək yarış tempimiz olduğunu bilirdik, lakin çox şey səhv gedə bilər. İki dövrədən sonra podiuma çıxmaq xəyalım belə yox idi.

Unutmaq olmaz ki, Şarl Leklerin yarışı tamamlamaması bizə kömək etdi. Ümumiyyətlə, inanıram ki, indi biz podiumları arzulaya bilərik, lakin onların bizim güclü olmamıza zəmanət verildiyinə əmin ola bilmərik. Red Bull-un maksimum tempdə getdiyini bilmirik, çünki onlar artıq kifayət qədər rahat üstünlüyə malik idilər.
Bir yaxşı nəticə əldə etdik, bolidi təkmilləşdirdik, amma qabaqda olmağa və bolidi intensiv modifikasiya etməyə öyrəşmiş komandalarla mübarizə aparırıq. Rəqiblərə hörmətlə yanaşmalısan. Gəlin görək, gələcəkdə işlər necə inkişaf edəcək”.
, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*