M.Krak: Cəsarətimiz qırılmayıb

Aston Martin komandasının rəhbəri Mayk Krak bildirib ki, Red Bull-la fərqə baxmayaraq, cəsarətlərini itirməyiblər.

F-1.az xatırladır ki, “yaşıllar” bu il 12 yarışda 6 podium qazanıblar. Bunların hamısı ilk 8 yarışda baş verib.

Rəqiblər mövsüm ərzində inkişaf edib və Aston Martin komandadı Mercedes, Ferrari və McLaren-in tempinə cavab verə bilməyib. Britaniya komandasının son 4 yarışdakı ən yaxşı nəticəsi 5-cilik olub.

Mayk Krak: “Cəsarətimizin qırıldığını demək düzgün olmaz. Red Bull-un bizdən güclü olduğunu və onlara çatmağın çətinliyini bilirik. Onlar çox mükəmməl komandadır.

Mövsümün ikinci yarısında yerimizi qorumaq bizim üçün çox önəmlidir. Son həftələrdə çox işlədik və bunun qarşılığını almaq həmişə vacib olub. Əks halda məyus olarsınız və hər şey daha çətin olar.

Birlikdə işləyib, maşını inkişaf etdirnək komanda üçün çox müsbət haldır. Belçikadakı beşincilik ilk addım idi. Hələ podiumdan çox uzaqdayıq. Çox şeyə ehtiyacımız var”.

Qeyd edək ki, Aston Martin hazırda Mühəndislər Kubokunda üçüncü yerdədir. Fernando Alonso isə üçüncü yer uğrunda mübarizədə Lyuis Həmiltonu sadəcə 1 xal qabaqlayır.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*