M.Krak Alonsonun qalmağını istəyir

Aston Martin komandasının rəhbəri Mayk Krak bildirib ki, Fernando Alonso yarışmağa davam etmək istəsə, buna sevinər.

F-1.az xatırladır ki, ispaniyalı sürücünün 41 yaşı olsa da, çox istəklidir. O, bu il 7 yarışın 5-də podiuma yüksəlib və Sürücülər Çempionatında hazırda 3-cü yerdədir.

Alonsonun hazırda komandası Aston Martin-lə 2024-cü ilin sonuna qədər müqaviləsi var. Onun 2026-cı ildə yeni reqlamenti də sınayıb-sınamayacağı müəmmalıdır, çünki 2026-cı ildə ikiqat Dünya Çempionunun 45 yaşı olacaq. Uzun illərdir ki, bu yaşda heç bir pilot yarışmayıb.

Mayk Krak: “Alonsonun yarışdan getmək istəməməsini eşitmək gözəldir. Bizimlə bir neçə il də qalsa, xoşbəxt olarıq.

Bir sürücüdə ən önəmli xüsusiyyətlər öndə qalmaq arzusu və motivasiyadır. Fernandoda bu iki xüsusiyyət də var.

Düzünü desəm, bu barədə çox düşünmürük. Hazırkı məqsədimiz bütün yarışlardan uğurlu nəticələr əldə etməkdir. Fernandonun sözlərini eşitmək gözəldir. Sadəcə bu barədə hələ düşünməmişik. Yavaş-yavaş düşünməyə başlaya bilərik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*