F-1.az xatırladır ki, Sercio Markionne Alfa Romeo və Sauber əməkdaşlığını təkzib etməyib. Kaltenborn isə bu əməkdaşlığa pis baxmır.
Qeyd edək ki, Markionne bu yaxınlarda bildirmişdi ki, Alfa Romeo-nun Formula1-dəki tarixi dəyərini yenidən ortaya qoymaq istəyirlər.
Markionne Çin QP-də Sauber komandasının maliyyə problemləri barədə “Kaş biri gəlib onların borclarını ödəyərdi” demişdi.
Sauber komandasının rəhbəri Monişa Kaltenborn Bəhreyn QP-də yox idi. Belə dedi-qodular var idi ki, Kaltenbornun gəlməməsinin əsas səbəbi onun komandası üçün yeni investorlarla danışıqlar aparmasıdır.