F-1.az xatırladır ki, Paskal Verlyayn bu il Sauber-ə 5 xal qazandırsa da, komandadan göndərilib və əvəzinə Formula2 üzrə Dünya Çempionu Şarl Lekler gətirilib.
Monişa Kaltenborn: “Məncə, 2017-ci ildə Paskal daha güclü idi və performansına lazımi qiymət verilmədi. O olmasaydı, komanda xal ala bilməzdi, amma buna baxmayaraq, 2018-ci ildə peletonda olmayacaq. Ona uğurlar arzu edirəm. Ümid edirəm ki, özünə komanda tapar və yarışmağa davam edər. Paskal çox istedadlı sürücüdür və onu itirməməliyik. Güclü bolidlə Dünya Çempionu ola bilər. Onunla işləyənlər bunu bilir”.