F-1.az xatırladır ki, yarışın 48-ci dövrəsində Eriksson La Rascasse döngəsində Nasra hücum edib. Hücum zamanı iki sürücü bir-biri ilə təmas yaşayıb və bundan sonra hər iki sürücü də yarışı vaxtından əvvəl bitirib.
Qəzadan əvvəl komanda Nasra göstəriş vermişdi ki, Erikssona yol versin, amma braziliyalı sürücü bu göstərişə əməl etməmişdi. Eriksson isə bildirmişdi ki, komandadan hücum etmək üçün icazə alıbmış.
Amma Kaltenborn bildirib ki, sürücülərin işi bolidi finişə gətirməkdir və hər iki ürücünü də tənqid edib: “Hər iki sürücümüzün hərəkətini qəbul edə bilmirəm. Bütün komandanın çəkdiyi zəhmət bir qəza ilə yerlə yeksan oldu.
Markus və Felipe bilirlər ki, biz hər həftəsonu çox işləyirik. Onların işi finiş görməkdir. Ümumi vəziyyəti dəyərləndirdik və ən sürətli bolidimizi mümkün qədər yuxarı pillələrə qaldırmaq bizim üçün çox vacib idi. İki boliddən əldə etdiyimiz məlumatlardan sonra bu qərarı verdik.
Qəzadan sonra bu problemi komanda daxilində dəyərləndirdik və hər iki sürücümüz də məsuliyyətlərini başa düşdülər. Bu cür hadisə bir də olmayacaq”.
Xatırladaq ki, Eriksson bu qəzaya görə Kanada yarışının startında 3 yer itirəcək…